Referans Mərdəkan Hospital · Mərdəkan qəs., Xəzər ray.

Qəbul üçün 055 313 99 43
Əzizə Şıxvəliyeva Həkim-pediatr

Qızdırma və infeksiya

Meninqokokk infeksiyası: əlamətlər və qorunma

Hər pediatr üçün ən istənilməz infeksiya. Uşaq bir neçə saat ərzində reanimasiyaya düşə bilər — ən yaxşı qorunma peyvənddir.

3 dəqiqə oxu Müəllif: həkim-pediatr Əzizə Şıxvəliyeva

Meninqokokk bakterial infeksiyadır və hər pediatr üçün ən istənilməz infeksiyalardan biridir. Səbəbi onun sürətidir.

Əlamətlər

  • Yüksək qızdırma
  • Baş ağrısı
  • Qusma
  • Səpkilər

Xüsusi diqqət tələb edən nişan

Əgər uşağın qızdırmasını salanda da görürsünüz ki, uşaq yenə də aktiv deyil və sizin gözünüzə yaxşı görünmür — bu artıq onun əlaməti ola bilər.

Qorunma

Meninqokokk peyvəndi mövcuddur və ən yaxşı qorunma üsuludur. Peyvəndin vurulma yaşı preparatdan asılıdır: 6 həftəlikdən başlayanı var, 2 aylıqdan başlayanı var, bir də 9 aylıqdan başlayanı var.

Tez-tez verilən suallar

Peyvənd hansı yaşdan vurula bilər?

Peyvənddən asılıdır: 6 həftəlikdən, 2 aylıqdan və 9 aylıqdan başlayan variantlar var.

Səpki olmasa, meninqokokk ola bilməz?

Əlamətlərin hamısı eyni anda görünməyə bilər. Yüksək qızdırma ilə birlikdə uşağın ümumi vəziyyətinin pisləşməsi tək başına təcili baxış üçün səbəbdir.

Bu saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim baxışını əvəz etmir. Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.

Qəbul

Uşağınız üçün qəbul vaxtı təyin edin

Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.

Qəbula yazıl